1ci postum:))

Dərc edildi: Sentyabr 23, 2011 / Yazılarım

1ci dəfədi ki, post yaziram. Bilmirəm necə alınacaq…Amma yenə də yazım…
Sənə uzaqdan baxıram… Sənə baxmaq inanılmaz dərəcədə xoşbəxt eliyir məni…Sən gedincə ağlımda sənin dalınca sürünüb gedir, ürəyim də… Sənin baxdığın hər şey gözəl, sənin danışdığın hər bir insan mənim üçün özəl biri olur
    Sən evə bu yollardan gedirsən… Arxanca gəlirəm amma məni görmürsən… Qarşısından keçdiyin evlərə, kölgəsindən keçdiyin ağaclara, mindiyin avtobuslara baxıram… Sənin gözünlə baxıram oralara… Sən olmasan da o yollardan dəfələrlə keçirəm…Sənin ətrin, sənin havan, sənin auran artıq hopmuş o yollara…
    Görəsən axşamlar neynirsən?  Axşam yeməyində yanında kim əyləşir? Hansı yeməyi sevirsən, hansını sevmirsən? Kitab oxuyursanmı? Hansı kitabları oxuyursan? Necə kinolardan xoşun gəlir? Televizora baxırsan? Dostlarınla ən çox nəyə gülərsən? Kimlər səni əsəbləşdirir?
   Hamısını bilmək istəyirəm… Sənin haqqında hər şeyi.. Çünki, mən də həmin filmlərə baxacam, həmin kitabları oxuyacam, mən də o yeməkləri xoşlayacam və ya xoşlamayacam… Dünyamı başdan qururam… Səninlə yaşamağa başlıyıram…
   Başqalarının da olduğu qarışıq bir yerdə sənin gəlməyini hiss edirəm… Bir işıq vurur üzümə, sinəmdən bir istilik keçir… Başa düşürəmki, sən gəldin. sən varsın, sən ordasan… Geriyə dönüb baxmadan, səni axtarmadan orda olduğuna əmin oluram…
    Ay uzaq-uzaq baxdığım… Göz-gözə gəlmədən, saçlarını oxşamadan, bir yuxunu deyil hətta bir cümləni belə paylaşmadan sevdiyim sevgilim…. Bir aşk kök saldı içimdə… Onu sənə göstərmək üçün ömrümü belə verərəm…

Advertisements
şərhlər
  1. ceyhunavar dedi ki:

    Vaay.. Ela alinib.. cox gozeldi.. Ele day bunnan sonra hemishe post yaz.. ))

  2. daypoint dedi ki:

    1ci postun olmagina baxmayarag eladi..like!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma