Qadının göz yaşları

Dərc edildi: Sentyabr 25, 2011 / Yazılarım

Bir neçə gün öncə bir tanışımın səhifəsində belə bir yazı gördüm “Qadının göz yaşları”. Düzünü desəm bu məni bir az kövrəltdi və istədimki, özüm bu haqda bəzi şeyləri deyim.
Əgər bir qadın ağlayırsa bu onun aciz olduğunu deyil, əslində nə qədər güclü olduğunu göstərir. Göz yaşları olan qadının çiyinlərində böyük yük vardır. Yaçadıqları ona ağır gəlmişdir amma o hamısının öhdəsindən gəlmişdir. Əgər qadın ağlayırsa deməli ürəyində sevgi var, ya da acı var. Pis günündə tək buraxanlar, həyatda yarımşıq yolda qoyub gedənlər var bəlkə də…
Qadının göz yaşları onun gücünü göstərir əslində. Hər damlası içində yaşatdıqları, özündə gizlətdiyi və bütün bunlara baxmayaraq ayaqda dura bildiyin göstəricisidir.. Qəlbindəki acının səssizliyinə baxmayaraq içindəki qopan fırtınaları göstərir göz yaşları... Həyatda məğlub olmamaq üçün öz göz yaşlarıyla birlikdə mübarizə aparmışdır qadın… Kim bilir bəlkə də sevib, sevilməmişdir… Qadın….
Qadın qulaq asmağı sevər, dərman olmağı da. Duyğularını və düşüncələrini həmişə yanındakılarla paylaşır. Dostuynan, tanışıynan hətta düşməniynən. Əslində düşməni də yoxdu. Sadəcə olaraq xoşlamadığı insanlar ola bilər. Qadın heç vaxt heç nəyi unutmaz. Pisliyi də, yaxşılığı da… Ona edilən pisliklər iynə kimi ürəyinə sancılar… Amma o susar… Sadəcə göz yaşı tökər…. Bax onda bu göz yaşları qadının necə bir insan olduğunu göstərər.

Əgər bir qadının gözlərindən 1 damla da olsun yaş süzülürsə, deməli həmin qadın güclüdür, bir o qədər də yorğundur. Amma ən azından həyata qalib gəlmişdir…

Advertisements
şərhlər
  1. ceyhunavar dedi ki:

    Cox gozeldi) Bildim hansi tanisindi))

  2. daypoint dedi ki:

    Qadinlarin duwmeninnen bu sozderi ewitmey nece de teeccubludu)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma