Yanıldım və tək qaldım :(((

Dərc edildi: Oktyabr 1, 2011 / Yazılarım

  Bu gün həyati bir qərar verdim. Amma deyəsən tələsdim, yada ki səhv qərar verdim. Bunu zaman göstərəcək. Bir müddət əvvəl yaşadıqlarımdan sonra həyata baxış bucağım dəyişmişdi. Heç kimə və heç nəyə inanmırdım. Özümə bir də sevməməyi söz vermişdim. Heç kimə könül vermeyəcəkdim, ümumiyyətlə qadınlardan uzaq olacaqdım. Amma bir gün biri çıxdı qabağıma. Düzünü desəm çıxmadı, mənə məsləhət gördülər. Əvvəl-əvvəl heç maraqlanmdım da. Daha sonra təsadüfən bir yerdə qabağıma çıxdı və ilk baxışda ona qarşı içimdə bir hiss yarandı. Sevgi hissi deyildi. Və tədricən onun haqqında maraqlanmağa başladım, onunla münasibət qurdum, yavaş-yavaş danışmağa başladım. Zaman keçdikcə söhbətlərimizin əhatə dairəsi daha da genişləndi. Onu tanımağa başladım. Günlər beləcə keçdi və mən onu daha yaxından tanıdım. Onun da mənim keçirdiklərimi öyrəndim. Onun sevgilisindən ayrıldığını öyrəndim. Dediyinə görə onu çox sevirdi və ayrılıqlarına səbəb o olmamışdı. Amma onu unutduğunu, güclü qadın olduğunu dedi. Əlbətdəki, mən ona inandım. Onun hər sözünə inanırdım, onun özünə inanırdım. Bu gün onu unutmadığını gördüm və hiss elədim. Burda bir yanıldım. Demə ürəyindəki hələ ordadı. Əslində bunu nəzərə almalıydım. Nəysə….  

Bir gün ona fikrimi bildirdim… Kaş bildirməyəydim, kaş hər şeyi zamana buraxardım. Burda da yanıldım. Fikrimə qarşı mövqeyi birmənal olmadı. İndi fikirləşirəmki, gərək bu mövzunu bağlayardım o zaman.  Amma bağlamadım.

Yazmaq həvəsim öldü. Paylaşmaq həvəsim də. Hər şeyi içimdə saxlayacam. Qısası bu gün fikrimi daha ciddi şəkildə bildirdim və əslində onun sevgi hislərinin tam başqasına məxsus olduğunu və …………   getdim, hələlik

özünə yaxşı bax…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma