Və qız üzünü çevirib, üfiqü seyr etməyə başladı….

Dərc edildi: Oktyabr 2, 2011 / Yazılarım

Oturduğu yerdən sakitcə qalxdı və göy üzünə baxdı.Külək bədənini götürüb aparacaq kimi şiddətli əsirdi. Bədəni isə küləyə inad olaraq ayaqda durmağa çalışırmış kimi astaca yellənərək dimdik ayaqdaydı. Gözyaşları gözlərindən çıxıb, yanaqlarından süzülərək, ürəyinə yavaşca axırdı. Yağış hər yerini isladırdı. Düçündüyü xatirələr yağışla bir yerdə içindən axıb, keçirdi. Bir ara xatirələrin birində az qala yıxılacaqdı. Əgər güclü olmasaydı bilirdiki, yıxılacaq və yıxılsa bir daha qalxmayacaqdı ayağa. Əslində ölmək onun üçün adi bir çeyə çevrilmişdi. Ölsə də, yaşasa da onun üçün artıq fərq eləmirdi. Həyatdan küsmüşdü. Küsdürmüşdülər….
Bəs niyə hələ də yaşayırdı? Heç özü də bilmirdi bu sualın cavabını. Bəlkə də yenidən onu geri qaytara biləcək ümidi ilə yaşayırdı. Çox çətin idi amma bu ümid ona üçün hər şeyə dəyərdi.
Heç kim onun içində qopan fırtınaları bilmirdi. Yaralandığını, yalnız olduğunu, çarəsiz qaldığını heç kəs bilmirdi… Dözə bilər deyə düşünürdülər amma çoxdan məğlub olmuşdu acımasız həyata… Göz yaşları yağışla birləşib elə bilki böyük bir göl yaratmışdı. Saçlarında ayrılıq telləri gəzişirdi.
Kim idi? Niyə belə idi? Nələr yaşamışdı həyatın soyuqluğunda?
Sevginin gözəlliyini çoxdan unutmuşdu. Bəlkə də ondan sonra yenidən başlamaq istəmişdi. Amma ya qorxmuşdu ya daki, etmişdi amma alınmamışdı. Bunu ancaq özü bilir yəqin…
Kim idi onu bu qədər yaralayan? Görünməyən bir üzmü, yoxsa bir səsmi?
Ondan gələn tək bir xəbər onun yaşamasına bəs edəcəkdi. Elə buna görə də yaşamırdımı…? Tək bir səs hər şeyi etməsinə yetərdi. Gəl desə gələrdi, öl desə ölərdi.
Yağış bir az sakitləşəndə münasibətlərinin heç nədən sona yetdiyini xatırladı. Həyatında birinci dəfəydiki sevirdi və ona bağlanmışdı. İndi isə həm sevirdi, həm də nifrət eliyirdi ona…Ürəyində iki bir-birinə əks olan duyğuları onun üçün yaşadırdı. Onun üçün gün keçdikcə darıxırdı. Buna bir cür yol tapa bilmirdi. Dəlicəsinə onu sevir, dəlicəsinə darıxır, dəlicəsinə qısqanır və dəlicəsinə ona qarşı kin saxlıyırdı. Bitməyən hisləriydi bunlar onun üçün… Aylar idiki. O bu sevdanı içində süründürürdü. Əslində o bir ölünü belə sevirdi və darıxırdı onun üçün. Ölüdən heç bir fərqi olmayan bir oğlana belə bağlanmışdı və belə sevirdi. Ölü biriydi o. Çünki ürəyi yoxuydu o oğlanın…
Oğlan qısa bir müddət ərzində onu cazb eləməyi bacarmışdı. Yaraşıqlı idi amma ürəyi olmayan. Əvvəl-əvvəl qız onu bu qədər çox sevdiyini hiss eləməmişdi. Özünü güclü sayırdı, amma hər görüşündə onun yanında mum kimi əriyirdi. Sonuna qədər yanacağını düşündüyü şam, kiçik bir küləklə sönmüşdü. Çoxdan sönməyinə baxmayaraq tüstüsü hələ də qalmışdı. Hansıki həmin tüstüdə qız boğulurdu… Ona məğlub olmuşdu və ona qarşı çox zəif idi.
Qaranlıq çoxdan çökmüşdü. Amma o hələ də həmin yerdəydi. Həmin axşam göy üzü yavaş-yavaş açılırdı və ulduzlar hər vaxtındakından daha parlaq işıq saçmağa başlamışdı. Amma o bu gözəllikləri görə bilməyəcək bir yasdaydı.
Birdən dizləri üstə çökdü və hıçqır-hıçqır ağlayaraq qışqırdı: -“ NİYƏƏƏƏƏ?” Göz yaşları sel kimi axdı. Tam taqətdən düşdü. Bir küncə sıxılaraq möhkəm ağladı :((( Eləcə qaldı saatlarca. Artıq ağlamağa da taqəti qalmamışdı. Gözlərində yaş qalmamışdı.
Beləcə qalmışdı, arxadan bir əl onun çiyinlərinə toxundu… Onun olmadığını bilirdi.. Bir başqasıydı. Çevrilib ona tərəf baxdı. Həmin adam gödəkçəsini çıxardıb, onun əyninə geydirdi. Gözündə qalan yaş damcılarını sildi… O isə sakitcə baxırdı. Heç nə danışmırdı… SONDA OĞLAN ONA ÖZ ƏLİNİ UZATDI VƏ qız üzünü çevirib, üfiqü seyr etməyə başladı…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma