Qoy hamı bunun payız gəldiyinə görə olduğunu fikirləşsin.

Dərc edildi: Oktyabr 2, 2011 / Yazılarım

Payız gəldi… Yuxum kimi səssiz, yuxum kimi dərindən, yuxum kimi her gecə yanıma gəlsən… Sən gəl amma payız gəlməsin. Olmazmı?

Kim inanarki yarpaqların sən getdiyinə görə saraldığına? Qoy hamı bunun payız gəldiyinə görə olduğunu fikirləşsin. Kim inanarki, buludların sən getdiyinə görə ağladığına? Qoy hamı bunun payız gəldiyinə görə olduğunu fikirləşsin. Kim inanarki səkilərin sən getdiyinə görə islandığına? Qoy hamı bunun payız gəldiyinə görə olduğunu fikirləşsin. Kim inanarki qağayıların sənin gedişinlə birlikdə şəhəri tərk etdiyinə? Qoy hamı bunun payız gəldiyinə görə olduğunu fikirləşsin. Kim inanarki gecələrin sənin gedişinlə birlikdə uzandığına? Qoy hamı bunun payız gəldiyinə görə olduğunu fikirləşsin.

Qoy hamı bunun payız gəldiyinə görə olduğunu fikirləşsin, yoxsa mən hamıya kədərimin səbəbini necə başa salacam. Necə başa salacamki, isti-günəşli bir mövsümün sənin gedişinlə bir yerdə getdiyini…

Mən səninlə yenidən doğuldum, səni sevdim sevməyi səndən öyrəndim. Acıya qarşı sən öyrətdin gülməyi, sən gözəlləşdirdin onu… Uşaq kimi mən iməkliyərkən sən gəldim qaçmağa başladım. Sən getdin iməkləməyi belə unutdum. Sən mənim gülüşüm, göz yaşım, gəncliyimdin. Sən gedincə yaşlandım… Bir nəfəs qədər yaxın olduğum halda sənə, indi xəbərini uzaqlardan alıram… Göy üzü də axşamlar elə bilki sənin yoxluğunla qan ağlayır. Pəncərəmə vuran hər yağış damlasında sənin adını eşidirəm. Bəzən zamanı lənətləyirəm… Kaş səninlə olduğum vaxt zaman durardı və daima elə olardı. Niyə hər şey bu qədər tez qurtardı, heç başlamamışdan. Hər şeyi aldın məndən… Yalnız gecələr tənhalığıma ortaqdı. Onun da dili yoxduki, danışsın. İkimizdə çarəsiz susuruq, onsuzda danışılacaq nə qaldıki.
Bəzən istəyirəmki, hər şeyi atıb gedim amma bacarmıram. Nəyi bacardımki. həyatda… Tək bacardığım ümidsizcə sevmək idi, o belə sən gedincə yarımçıq qaldı…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma