Necə də gözəlmiş…

Dərc edildi: Oktyabr 3, 2011 / Yazılarım

Məni yaratdi :
ALLAH ! Ruhumla vucudumu bir-birinə qovusdurdu . Mənə can verdi . Bu dünyani onun sayəsinde tanidim .

Məni sevindirdi :
Ad gunlərimdə alinan hədiyyələr ! Hamısını bir günün icində sındırmaq mənə necə də xos gəlirdi , Ilahi ! Usaq idim , basa düşmürdüm . yaşım az idi , böyüyürdüm .

Məni güldürdü :
Ax , bu ici bos qara qutu TV ! Əvvəllər aglamali hind ya da türk filmlərinə baxib cox gulurdum . Zəhərləndiyimi bilirdim . Amma , deyəsən , elə mən də zəhərlənmək istəyirdim .

Məni aglatdi :
Ilk dəfə anamdan ayri düşməyim ! Qisa həsrət mənə cox uzun geldi . Bitməyəcək sanmisdim . Amma birdən o cixib geldi . Körpəsini qucagina alib öpdü üzündən və mən aglamaga basladim …. sevincdən ……

Məni böyütdu :
Illər ! Nə qədər də tez gəlib kecərmis illər !Öz isini cox məharətlə yerinə yetirərmislər . Onlari belə bilməzdim . Dostlasmaq istədim , amma olmadi . Cata bilmedim . Sadəcə görünüb kecərmislər .

Məni qəzəbləndirdi :
Məktəblər ! Müəlimlər ! Rüşvət ! Pul ! Yaglanmaq ! Zorlanmaga tərk edilen qul ! Varlanmaga can atan yaltaqlar ! Satqinliga öyrəsdirilən robotlar ! Can almaga öyrəsdirilən otlar !

Məni heyrətləndirdi :
Bu qəzəb ! Bu qisas hissi ! Bu kobud , bu həyat terzi ! Bir-birine şillə vuran 2 usagin bir-birini bicaqlayan 2 qardasinin bir-birini güllələyən 2 atasi məni cox heyrətləndirdi .

Məni aldatdi :
Bos sevgi ! Hərdən dalinca qacsam da tez yox olur . Indi parklarda səhər-axsam , gecə-gunduz “məni təəccubləndirdi” kimi seylər cox olur .

Məni bədbinləsdirdi :
Vaxt kecdikcə məcbur yanimdan ayrilan dostlar ! Təki butun dostluqlar belə olsun . Dostunun istədiyi qizi tək tutmaq arzusunda olmasinda olan ozunu “dost” adlandiran axmaqlar .

Məni alcatdi :
Insan olmagim ! Niyə mən insan olaraq yaradildim ? Indi hər seyi basa dusmək məcburiyetindəyəm . Muharibələr , acliq , kutləvi qirgin silahlari , millət adina gore diri-diri , topa-topa yandirilan gunahsiz balaca canlar , pozgunluq , alcaqliq , paxilliq , qisqancliq , pis niyyət niyə var , ALLAH ?! Mən niyə bunlari gorub , basa düşmək məcburiyyətindəyəm ?! Istəmirəm hec birini …….

Məni üzdü : – insanlar
Məni məhv etdi : – onlar
Məni bogdu : – Qara səhərim
Məni tək qoydu : – Hər kəs ! Anlamadilar , anlamaq istəmədilər ……..
Məni sixdi , məni bezdirdi , məni darixdirdi , məni asdirdi : – Fikirlərim
Məni anladi :
Bir ALLAH! Məni qurtardi , ruhumla bədənimi bir-birindən ayirdi . Hec vaxt bu qədər sevinməmişdim . Necə də gözəlmis ?

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma