“Ağ ölüm”ün qara səhifələri…

Dərc edildi: Oktyabr 4, 2011 / Yazılarım

Rəsmi və qeyri-rəsmi məlumatlara görə də Azərbaycanda narkotiklərdən istifadə və onların qanunsuz satışı ilə bağlı faktlar ildən-ilə artır. Azərbaycanda narkomaniya problemi artıq beynəlxalq təşkilatların da diqqətindədir. Məsələn, ABŞ Dövlət Departamentinin “narkotiklərə beynəlxalq nəzarət strategiyası” adlı illik hesabatında bildirilir ki, Azərbaycanda ən geniş istifadə olunan narkotik maddələr tiryək, heroin, ekstazi, həşiş, kokaindir. Sənəddə göstərilir ki, “Azərbaycan Əfqanıstan və Mərkəzi Asiyadan Qərbi Avropaya, həmçinin İrandan Rusiyaya və Qərbi Avropaya narkotik maddələrin nəql olunduğu marşrut boyunca yerləşir. Yerli istehsalat böyük olmasa da, tələbatın həcmi artmaqdadır”. Departamentin hesabatında o da qeyd edilir ki, bir neçə il öncə “Balkan marşrutu” bağlandıqdan sonra Azərbaycanın tranzit ərazi kimi rolu artıb. Azərbaycan hökumətinin məlumatına görə, ölkədən daşınan narkotiklərin əsas hissəsi Əfqanıstanda istehsal olunandır. Hesabata görə, narkotiklərə daxili tələbat artmaqda davam edir və hakimiyyət narkomanların sayının 18 min nəfər olduğunu bildirir. Qeyri-rəsmi rəqəmlər isə 200-300 mindir.
Azərbaycanlı narkomanların 75 faizi heroindən istifadə edir. Onların 30-35 faizi tələbələrdir.
Olum, ya ölüm! – bu paradoksun qarşısında böyük Şekspir bizləri nə qədər çox düşündürdüsə, XXI əsrin ən qorxulu faciəsi olan narkomaniyaya ölülər səltənətinə doğru bir sıçrayış oldu.
“Ağ ölüm” kabusu dirilər, dirilər arasında asta-asta gəzən ölülər mühitinə özü ilə gətirdiyi bir mövzudur.
Kabus! – şübhəsiz ki, burada bir az şişirtmə də var, lakin “bu eybəcərliyi daha da eybəcər göstərmək” prinsipi deyildir. Yox, bu acının doğurduğu kədəri, ürək yanğısını, narahat dünyanı daha pafoslu ifadə etməyin prinsipidir.
Ölümə məhkum olmaq, gözlərdə kədər, “gülə-gülə ağlamaq” yox, həm də “gülə-gülə ölmək” ziddiyyəti… Paradoksaldır.
Bəs “ağ ölüm”, narkomaniya nədir? Nə üçün onun əlində aciz qalmışıq? – bu suallara cavab olaraq deyərdim ki, insanların zehnlərinə birbaşa təsir edərək, onları bir anlığa “xoş təsir altında yaşamağa” yönəldən vasitədir. Çox təəssüf ki, bu vasitə milyonlarla insanların ölümünə, yaxınlarının itirilməsinə, çoxlarının qaranlıq və məşəqqətli həyat keçirməsinə səbəb olur. Günümüzün ağır problemi olan narkomaniya əsrin bəlasına çevrilib, gənclərin həyatını zəhərləməkdədir. Bu bəlanın birdəfəlik aradan qaldırılması üçün bütün bəşəriyyət ayağa qalxmalı, narkomaniyanın kökünü kəsmək üçün birləşməlidir.
Müharibə və narkomaniya! Mən hər ikisini insanlığın kökünü kəsmək istəyən bir iblisə bənzədərdim. Bu iki söz bir-biri ilə qırılmaz surətdə bağlıdır. Hər ikisi dağıdır, hər ikisi məhv edir.

Narkomaniya! Eli, obanı kabus kimi gəzən iblis…

Narkomaniya! Neçə-neçə gəncin həyatına son qoyan bir qara qüvvə…

Narkomaniya! Ağbirçək anaları, ağsaqqal ataları nagüman qoyan pislik…

Narkomaniya! Evlər yıxan, ailələr dağıdan, o qarayara…

Narkomaniya! Körpə dodaqlarında gülüşü, isti damarlarda al qanı donduran bir qara kabus…
Azərbaycan adlı bir ölkənin vətəndaşıyıq. Müstəqil Azərbaycanın müstəqil vətəndaşı olmaqla bərabər, onun hər qarışını göz bəbəyimiz kimi qorumaq bizim borcumuzdur. Lakin vətənimizin bütövlüyünü xəbis düşmənlərimiz – ermənilər pozdular. Min bir əziyyətlə yaratdığımız, sevə-sevə yaşatdığımız Azərbaycanın sinəsinə oxlar sancdı. İşğal altında oln Qarabağımızın bağrı cadar-cadar olub. İndi işğal olunmuş ərazilərdə külli miqdarda narkotik bitkilər əkilib becərilir. Sanki gözəl Qarabağımızın damarlarında acı zəhər – “ağ ölüm” gəzir.
Bu cadarların hər məlhəmə ehtiyacı var.
Bir vaxtlar qərənfilləri çox sevərdim. Toylar yaraşığı, qız-gəlinlərin sevgisi qədər pak və təmiz qərənfillər!
İndi qərənfil görəndə qorxuram. Məzarların bəzəyinə çevrildi al yanaqlı qərənfillər!
Bəli, neçə-neçə gəncin vaxtsız ölümünə səbəb olan “ağ ölüm” al qərənfil yağışına bürünməkdədir. Hələ gec deyil, nə qədər vaxtımız var, gəlin bu bəladan xilas olaq. Bəşəriyyət nə qazanır bu “ağ ölümlərdən”?! Axı insan qurub-yaratmaq üçün dünyaya gəlib. Bəs nə üçün sağlamlığımıza, gələcəyimizə zərər verən narkotik bitkilər əklib-becərilir. Həmin xərcləri insanların səadəti naminə sərf etmək olmazmı?! Daxildən bir səs sanki bütün bəşər övladına hayqırmaq istəyir:
– Ey dünyanı kabusa çevirmək istəyənlər! Yüzlərlə evləri viran qoyanda bir anlıq da olsa, öz övladınız, öz eviniz yadınıza düşdümü?!
Anaların fəryadı, şikəst doğulan körpələr sizin mənliyinizi, qürurunuzu yerindən oynatmadımı?!
Yox, məncə Siz insanlıqdan uzaq düşmüş varlıqsınız.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma