Hər şeyi zamana burax…

Dərc edildi: Oktyabr 9, 2011 / Yazılarım

Hər şeyi zamana burax…

– O hər şeyi sağaldar…

Hər şeyi zamana burax…

– Çünki o hər şeyə qadirdir.

Hər şeyi zamana burax…

– Çünki o minlərlə “sənsiz mən ölərəm” deyən böyük sevgiləri məhv etdi və biraz insanla oynadıqdan sonra hafizəsindən sildi hər şeyi. Arada-bir yada salıb insanı incitdiyi vaxtları da oldu…

Sən yenə də hər şeyi zamana burax…

– Çünki o minlərlə valideynini çox sevən övladları valideynindən ayırdı və onları da biraz incitdi lakin sonradan hər şeyi hafizədən sildi.

Hər şeyi zamana burax…

– Çünki o minlərlə övladını sevən ananı övladından ayırdı.. Lakin sonradan onlara da hər şeyi unutdurdu…

Hər şeyi zamana burax….

Nə olub dost? Niyə belə üzgünsən?… Sevgilindən ayrılmısan?… Ya həyatdan bezmisən?… Bəlkə yaşam sənə mənasız görünür?… Bəlkə ailənlə mübahisə etmisən?… Bəlkə yenə intiharı düşünürsən?…. Yox, yox dost! Heç bunu ağlına belə gətirmə! Neçə yaşındasan? 15? 20? 25? Hər neçə yaşında olursansa ol.. Unutma bu həyat sənə bir dəfə verilib. Çalış layiqincə yaşa… Sevgilindən ayrıldığına görə üzgün olmağa dəyərmi dost? Əlbəttə yox! Unutma; bu dünyada özünü yalnızca özün sonadək, tam səmimi qəlbdən sevə bilərsən. Əlbəttə ki, müəyyən ətrafındakı insanlarda səni sevir. Amma, onların əksəriyyətinin sevgisi sənin həyatının sonunadək davam etməyəck, səninlə birgə olmayacaq. İstəyərk ya istəməyərək səndən ayrılacaqlar. Amma sən! Sən, özün hər zaman özünləsən! Çalış özünü itirmə dost… Çalış özünü itirmə.. Nə isə baş verdiyində; hər şeyi zamana burax… O hər şeyi həll edəcək. Axmaqcasına oturub gözləmə. Zamana burax və səndə ona yardım et ki, hər şey qaydasına düşsün.. Bu qədər dost… Çalış özünü itirmə….

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma