Yenə səndən yazdım…

Dərc edildi: Oktyabr 17, 2011 / Yazılarım

Yenə axşam düşdü. Yuxum gəlir. Yatmağa hazırlaşıram. Bu gün səni yuxuma dəvət edirəm. Gəl yuxuma. Yuxumun gəldiyi kimi gəl. Çox vaxt dəvətsiz gəlirsən. Dəvətsiz gəlişin daha maraqlı olur. Gözləmədiyin bir şeyin birdən olması kimi. Bu gün istəyirəm yuxuda Bakını gəzək səninlə. Tək ikimiz, başqa heç kim olmasın. Özüdə axşam gəzək. Qaranlığın işığa hakim olduğu axşamda. Çoxdandır arzusunda olduğumuz axşam gəzintisini edək. Səhərə kimi gəzək, özüdə ki, əl-ələ. Sənin evə gecikib danlanmaq narahatçılığın olmasın. Doyunca gəzək. Dənizin qırağına gedib, iri bir daşın üstündə oturub, dalğaların səsinə qulaq asaq. Əllərindən bərk-bərk yapışım. Sən isə başını çiynimə qoy. Səmada bir az bulud, seyrək dağılmış ulduzlar və birdə ortadan bölünmüş ay olsun. Bu cür aya baxanda sən gəlirsən ağlıma. Həmin vaxt sən həm ağlımda həmdə yanımda olması üçün, səmada ortadan bölünmüş ayın olmasını istəyirəm. Bu gözəllikləri seyr edək, doyunca seyr edək. Lap səhərə kimi. Mən həm sənin həmdə səmanın gözəlliyini seyr edim. Ətraf sakitçilik olsun heç kim olmasın. Çünki, insan kütləsi arasında gəzməyi çox xoşlamıram. Özün bunu yaxşı bilirsən. Sakitçilik daha yaxşıdır, səni daha yaxşı eşitmək üçün. Saat anlayışı olmasın, unudaq saatı. Vaxt bizə yox biz vaxta hakim olaq. Sonra boş bir parka gedək. Narın yağış başlasın. Parkdakı fanarlardan düşən işıqda rəqs eyləsin xırda yağış damlaları. İslanmaq qorxumuz olmasın. Xəstlənmək qorxumuz heç olmasın. Əl-ələ gəzək narın yağışın altında. Elə bir rahatlıq gəlsin ki, gəzməkdən də yorulmayaq.
İçərişəhərin ara küçələrinin hamısını bir-bir gəzək. Qala divarlarındakı hansısa bir daşın üzərinə sevgimizi həkk edək. Yazının altında da ayın tarixini yazaq və söz verək ki, hər dəfə bura gələndə bu yazıya baxacağıq.
Saçlarını oxşuyum, gözlərinə baxım doyunca, sən isə həmişəki kimi utanıb gizlət gözlərini. Mən də əsəbləşim sənin belə eləməyinə. Gülümsə. Gözlərində xoşbəxtlik görünsün. Dərtlər yoxa çıxsın, qeybə çəkilsin. Telefonda mahnımıza qulaq asaq. Küləkdən gözünün üstünə tökülmüş saçlarını əlimlə qirağa çəkim, üzün daha yaxşı görünsün.
Bax yenə yazdım səndən özüdə yenə gecə olanda. Nə bilim bəlkə də darıxmaq ilə əlaqədardır və gecə daha çox darıxır insan. Fikir versən görərsən ki, bu yazımda orfoqrafiya normalarından kənara çıxmamışam. Bilirsən niyə? Çünki, səndən yazanda özümü tanınmış yazıçı kimi hiss edirəm və elə bilirəm ki, hansısa bestsellerimin ən maraqlı yerini yazıb çapa göndərirəm. Səndən yazmaq bu qədər zövq verir mənə.
Səni Sevirəm…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma